Oxşar xəbərlər
İllərdir küsülü olan Xalq artisti Nazpəri Dostəliyeva ilə Əməkdar artist Elza Seyidcahan barışıb.
Teleqraf.com xəbər verir ki, barışıq "Günaydın, Azərbaycan" verilişində baş verib. Beləki, Nazpəri Dostəliyeva evinə qonaq gələn Elza Seyidcanla qucaqlaşıb.
"Küsmək deyildi... Allah eləməsin! Düşmən deyilik. Üz-üzə gəldik, həmkarıq. İllər boyu Elzanın mahnıları olub. Onların üzərində çalışmışıq. Elza hər zaman mənə əziz olub"- deyə, Nazpəri bildirib.
Qeyd edək ki, Nazpəri və Elza "Azərbaycanın səsi" yarışmasında münsif heyətində təmsil olunanda aralarında narazılıq baş verib.