5 Yanvar 2023 18:58
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 7-də Osloda "Deichman Bjorvika" Mədəniyyət Mərkəzində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilovanın "Northern Stories by CİZGİ" ("Şimal hekayələr CİZGİ-ilə") adlı ekspozisiyasının açılışı olacaq.

Teleqraf.com xəbər verir ki, tədbir Osloda Azərbaycan Evi tərəfindən təşkil olunub.

Qonaqlara Gülnarə Xəlilovanın Norveç və Qarabağ ornamentləri ilə əl işləri, ipək yaylıqlar və libaslar təqdim olunacaq.

Qeyd edək ki, bundan əvvəl Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.


Müəllif: Teleqraf.com