Xalq artisti İlhamə Quliyeva və Nuri Sərinləndiricinin ifa etdiyi "Sevgi nağılı" adlı duetə çəkilən klipi mətbuata təqdimat edib.
Teleqraf.com xəbər verir ki, jurnalistləri bir raya toplayan xalq artisti prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib və media nümayəndələrini ayaq üstə qalxaraq alqışlarla təbrikə qoşulmağa çağırıb.
"Bu gün önəmli gündür, dəyərli prezidentimizin doğum günüdür. Prezidentimiz daim mədəniyyətimizə, sənət adamlarına qiymət verib. Cənab prezidentimizi doğum günü münasibəti ilə təbrik edirəm və bizə verdiyi dəyərə görə təşəkkür edirəm".
İlhamə Quliyeva klip haqqında da fikirlərini bildirib :
"Nurinin səsini bəyənirəm. Duet oxumağı mən təklif etmişəm. Bəstəyə isə klip çəkdirməyi Nuri təklif etdi. Klip Moskvada çəkilib, çəkilişlər 18 saat davam edib. Ekran işi bir komandanın səyi nəticəsində ərsəyə gəlib. Mən klipi çox bəyəndim. Nuri tərifə layiqdir" söyləyib.
Xatırladaq ki, bəstənin söz və musiqisi Faiq Erola məxsusdur.
Rüstəm