2 Fevral 2023 11:46
2 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal yeni paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Röyal Tünzalə Əliyevanın İnstaqram hesabında bu sözləri yazıb:

"Biz ilk dəfə öyrənəndə ki, artıq gözəl, nur üzlü həyat yoldaşımda xərçəng xəstəliyi var, dərhal Qənirə Paşayevaya zəng edib, bu xəstəliyin daşıyıcısı olduğunu bildirdi. Qənirə xanım "sabah gedin Milli Onkologiya Mərkəzinə, sizi qarşılayacaqlar" dedi. Sabahı gün həyat yoldaşım xəstəxanaya yollandı. Akademik Cəmil Əliyev özü şəxsən zəng edərək hər şeyi tam təmənnasız olması üçün tapşırıq vermişdi.

İlk əməliyyat vaxtı təyin olundu. Gözəl insan, cərrah Şəmistan həkim əməliyyat etdi və uğurlu oldu. Bu, bizim xəstəliklə tanış olduğumuz birinci hissə idi.

İkinci hissə, törəmələr olduqda isə həyatımıza Elçin Mansurov girdi. O, sadəcə işinin peşəkarı deyildi, həm də həyat yoldaşımla ata-övlad münasibətində idilər. Və adını bilmədiyim neçə həkim, tibb bacıları, qapıda duran nəzarətçilər... 4 il, tam 4 il bir manat belə xərcləmədik!

Amma tək gerçək var ki, Quranda yazılıdığı kimi "Ya Rəsulum, döyüşdən qaçanlara de ki, mənim onlara əvvəldən yazdığım ölüm günündən nə bir gün çox yaşayar, nə də ki, bir gün gec ölərlər".

Artıq həyat yoldaşım, nur üzlü xanım televiziyada işləmirdi. İrəvan Dövlət Azərbaycan Dram Teatrının rəhbəri İftixar Piriyev onu işə qəbul etdi. Mənim nur üzlü həyat yoldaşım əvvəllər də onunla işləyib. Hətta Ulu Öndər Heydər Əliyev "Əməkdar artist" fəxri adına layiq görmüşdü.

Dilarə Əliyeva ilə işləməyə başladılar və o, həyat yoldaşıma çox dəstək oldu. Son anlarda bizimlə bir əziyyət çəkən Yusif Mustafayev, Ülviyyə Əliyeva, Dilşad xanım və adlarını unutduğum o insanlardan üzr istəyirəm. Bütün bu olan hadisələri deməyi özümə borc bildim".

Qeyd edək ki, Tünzalə Əliyeva 49 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər