Bu gün toyu olan tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı və Türkiyənin tanınmış müğənnisi Doğuş mərasim başlamazdan öncə media qarşısına çıxıblar. Hidayətqızı çox həyəcanlı olduğunu bildirib:
"Çox sağ olun hər birinizə təşəkkür edirik. Bizdən o qədər yazıldı danışıldı ki. Hər dəfə yazdılar ki, bu, bir seiraldır, klipdir. Biz fikirləşirdik ki, yaxın dostlarımızı bir araya gətirib parti təşkiledək. Bu gün də mən deyərdim ki, bu, toy yox,bir partidir".
Doğuş isə təəssüratlarını belə bildirib:
"Xoş gəlib səfalar gətirdiniz, bizi tək buraxmadınız. Yollarına gül düzdüm. Amma yenə də azdır. Murad Dadaşov sağ olsun ki, bizə təşkilatı məsələlərdə çox kömək etdi".
Sonda Xoşqədəm Hidayətqızı əlavə edib ki, Murad Dadaşov həm onun, həm də Doğuşun dostudur.
18.08
Bu gün Bakıdakı tanınmış məkanlardan birində tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı və tanınmış türkiyəli müğənni Doğuşun toy mərasimi keçiriləcək.
Toy mərasimində Doğuşun anası, bacıları və digər yaxın qohumlarının, Hidayətqızının yaxınlarının, həmkarlarının, həmçinin dövlət və hökumət nümayəndələrinin iştirakı gözlənilir.
Publika.az bəy və gəlinin toydan bir neçə dəqiqə öncə çəkilmiş fotolarını təqdim edir :