Xalq artisti Aygün Kazımova Türkiyəyə dəstək olub.
Teleqraf.com xəbər verir ki, o, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Səninləyəm Türkiyə!” adlı humanitar yardım kampaniyasına qoşulub.
Xalq artisti Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən təqdim edilən ianə sertifikatını İnstaqramda hekayə bölümündə paylaşıb.
Sənətçi "Yardım et"-,deyə qeyd edərək insanları da dəstək olmağa çağırıb.