Aşıq Telli Borçalı maraqlı açıqlamaları ilə hər kəsi təəccübləndirib.
Publika.az-ın məlumatına görə, Telli ATV-nin “Səs verməyin” verilişində arzuladığı kişinin xüsusiyyətlərini sadalayıb: ”Ölürəm “nervili”, ciddi kişilərdən ötrü. Qoy, məni döysün, meyitimə çırpsın. Səsimi də çıxarmaram. Kişi elə olmalıdır ki, onun “blokda” ayaqlarının tappıltısı gələndə mən qapının ağzında “smirna” dayanım. Yoxsa ki, kişinin evə gəldiyi-gəlmədiyi bilinmirsə, o nə kişidir”.
Gələcək qayınanasını da yaddan çıxarmayan Telli onu çox sevəcəyini bildirib: “Ölürəm qaynanadan ötrü. Çünki anamı da çox istəyirəm. Ana özü də axı kiminsə qayınanasıdır. Qayınanamı “Ceyran”ımla yatızdırıb, durquzmalıyam”.
Amma baldız məsələsində Telli fikrə gedib və onu çox istəyib-istəməyəcəyi barədə sualı cavabsız qoyub.