21 Fevral 2023 01:34
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xərçəng xəstəliyindən əziyyət çəkən xalq artisti Ramiz Novruz 67 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu haqda xalq artisti Firəngiz Mütəllimova sosial şəbəkədə məlumat verib.

"Əziz dost, qardaş, istedadlı tərəf müqabilimiz Ramiz Novruz səni itirmək necə ağırdır", - o vurğulayıb.

Qeyd edək ki, Ramiz Novruz mədə xərçəngindən əziyyət çəkib.

Ramiz Novruz 25 may 1955-ci ildə Biləsuvar rayonuunun Səmədabad qəsəbəsində doğulub.

Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına layiq görülüb.

Xalq artisti bir neçə dəfə Prezident Mükafatına, 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb


Müəllif: Rəqsanə Həsənova