Rep ifaçısı PRoMete (Pərviz İsaqov) konsert öncəsi sevənlərinə yeni trekini təqdim edib.
Teleqraf.com xəbər verir ki, "Röyalar" adlanan mahnının sözləri PRoMetenin özünə, musiqisi isə Mantra Beats-ə məxsusdur.
Sözügedən iş sənətçinin rəsmi yutub kanalında və bütün musiqi platformalarında təqdim olunub.
“Mahnının sözlərini Mikayıl Müşfiqin “Gecə düşüncəsi” və Nazim Hikmətin “Yaşamağa dair” adlı şeirindən ilhamlanaraq yazmışam. Əslində ərsəyə gələn iş sevgiyə aid yox, daha çox fəlsəfi fikirlərlə zəngindir. Elə mahnının əvvəlində də Mikayıl Müşfiqin “Gecə düşüncəsi” şeirindən bir bəndi Vüsal Orucov səsləndirir", - deyə PRoMete qeyd edib.
Xatırladaq ki, PRoMete 6 il aradan sonra martın 11-də "Elektra Events Hall"da musiqi heyətinin canlı müşayiəti ilə konsert verəcək.