28 Fevral 2023 14:49
2 505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Manana Caparidze Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Manana xanım, çoxdandı efirlərdə görünmürsünüz. Bu nə ilə bağlıdır?

- Yaradıcılığımla əlaqəli işlərlə məşğul oluram. "Sənin nəğmən" mahnısını yeni tərzdə ifa etdim, klipimi təqdim edəcəm. Mahnını yeni tərzdə repertuarıma yerləşdirdim. Mahnı Şəfiqə Məmmədovaya aiddir. Klipi yay aylarında çəkməyi planlaşdırırıq. İnşallah, konsert verməyi düşünürük. Səfərlərimiz də gözlənilir.

- Ailəniz Gürcüstanda yaşayır. İki övladınız var, Elizabet və David. Onlardan ayrı yaşamaq sizə çətin deyilmi?

- Övladlarım Gürcüstanda məktəbə gedirlər. Qızım Elizabet böyük, oğlum David isə kiçikdir. Mən Bakıda yaşasam da çox tez-tez görüşürük. Övladlarlarım Bakıya gəlirlər, yaxud mən Gürcüstana gedirəm.

- Qızınız Elizabet musiqi ilə də məşğul olur. Gələcəkdə bu sahəyə gəlməsini istərdinizmi?

- Oğlum da, qızım da musiqi ilə məşğul olur. Amma bu yalnız onların dünyagörüşü üçündür. Əgər istedadları varsa, musiqini dərindən bilməlidirlər. Oğlum səkkiz yaşındadır. İdmanla da məşğul olur. O, məktəbdə yüksək qiymətlərlə oxuyur, əlaçıdır. Qızım da əlaçıdır, ingilis dillidir. On dörd yaşlı qızımın uğurları çoxdur.

- Elizabetin seçimlərinə müdaxilə edirsinizmi? Qızınızı hansı peşədə görmək istəyirsiniz?

- Özü diplomat olmaq istəyir. Eyni zamanda mahnı oxuyur, rəqs edir. Həkimlik sahəsindən başqa özünü bütün sahələrdə görür - iqtisadçı, menecer, hüquqşünas, diplomat, səfir və sair. Biz valideyn kimi seçim etməkdə tələsmirik, əsas odur, əlaçıdır, çalışqandır. Həmişə mənə deyir: "Ana, elə yaşayacam ki, sən də, atam da mənimlə fəxr edəcəksiniz".

Oğlum da belədir. Biz valideyn kimi onları dəstəkləyirik və dua edirik ki, yolları açıq olsun.

- Həyat yoldaşınız Georgi Qabalevlə yaxın günlərdə evlillik ildönümünüzü qeyd etdiniz.

- Bəli, yaxın günlərdə evliliyimizin 15 ili tamam oldu. Yanvarın 8-də Azərbaycada, 26-da isə Gürcüstanda toy mərasimimiz baş tutmuşdu. Həyat yoldaşım daha çox Bakıda yaşayır. O, bizneslə məşğuldur. Gürcüstanda otel biznesi var. Ona görə tez-tez gedib-gəlir.

- Həyat yoldaşınızın hər hansı xoşagəlməyən cəhəti varmı?

- Maşallah, həyat yoldaşımda heç nə yoxdur. Onun xarakteri məndən yaxşıdır.






Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər