Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Mahsun Kırmızıgül zəlzələ qurbanları ilə foto çəkdirib paylaşanları sərt şəkildə tənqid edib:
"Zəlzələdə çarəsiz qalan qürurlu insanlarla, yetim uşaqlarla klip, foto və video çəkənlərdən xalq nifrət edir. Bu əsrin fəlakətində belə yardımları insanların gözünə soxaraq edirsiniz. Ayıbdır! Bir gün də insanların acısına kamerasız ortaq olun. Səmimi və dürüst olun".