Xalq artisti Aygün Kazımova “Xəzər axşamı” verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Aygün Kazımova bu sözləri deyib:
"Dostlarım mənə deyirlər ki, Aygün, sən şou-biznesə qoyduğun pulları özünə xərcləsəydin, hər şeyin qızıldan olardı. Əslində, o vəsaiti özümə qoymuşam. Niyə ən bahalı layihələr deyirsiniz? Çünki keyfiyyətlidir. Keyfiyyətli olduğuna görə isə bahalı alınır. Baxaq ssenariyə və şounun içində nələr olacaq. Əgər sən standart bir konsert versən, musiqiçilər və sən, o zaman bunun büdcəsi az olacaq. Amma gəlin mənim verdiyim konsertin büdcəsinə baxın, görün nələr və kimlər var? Sadəcə, qazanc söhbətidir ki, mən böyük şoularımdan və layihələrimdən təbii ki, qazanmıram. Çünki orada qazancı deyil, yaradıcılığı və keyfiyyəti düşünürəm.
Qarşıma son konsertimi üstələyəcək layihə etməyi məqsəd qoyuram”.