22 Mart 2023 12:46
2 696
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xalq artisti Müslüm Maqomayev məni qrim otağından qovub".

Teleqraf.com xəbər verir ki, bunu Əməkdar artist Teymur Əmrah "Gül kimi şou" proqramında qonaq olarkən Müslüm Maqomayevlə yaşadığı maraqlı xatirəsini bölüşərkən deyib.

"Böyük sənətkarımız Müslüm Maqomayev bilirdim ki, tez-tez "Marlboro" çəkir, Qrim otağında bir az oxudum, səsimə qulaq asdı. Dedi "Səsin normaldır, kimin şagirdi olmusunuz?" Cavab verdim ki, Firudun Mehdiyev. Akademiyada, estradada Flora xanım, aktyor Məlik Dadaşov, Şəfiqə Məmmədova. Dedi, "Lap yaxşı". O da siqaret çəkir, bitməmiş o birisini yandırır. Bir dəfə, iki dəfə, üç dəfə. Heydər Əliyev sarayında qrim otağındayıq. Mən də sadəcə olaraq söylədim ki, "Müslüm Maqomayev mənə elə gəlir, siz həddindən artıq siqaret çəkirsiniz. O, elə başa düşdü ki, mən ona ağıl verirəm. Dedi ki, "Məni gördün? İndi isə burdan get". Onu deyə bilmərəm, amma yəni, xoş gəldin. Mənə ağıl verirsən nə qədər siqaret çəkəcəyəm? Böyük sənətkar, gözəl insan idi".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər