Xalq artisti Aftandil İsrafilov yenidən xəstəxanaya yerləşdirilib.
Bu haqda Teleqraf.com-a xalq artistinin həyat yoldaşı Zemfira İsrafilova məlumat verib:
"Səhhəti pisləşdi və bu gün xəstəxanaya yerləşdirdik. Xəstəxanada palatadadır, reanimasiya şöbəsində deyil. İndi həkimlə danışdım, yaxşıdır, həkimlərin nəzarətindədir. Hələ ki xəstəxanadan nə zaman çıxarılacağını bilmirik. Səhhəti çox zəifdir".
Qeyd edək ki, Aftandil İsrafilovun 81 yaşı var.