Xalq artisti Faiq Ağayev millət vəkili Fazil Mustafa haqqında sosial şəbəkədə paylaşım edib.
Teleqraf.com xəbər verir ki, Faiq Ağayev sosial şəbəkədə bu sözləri yazıb: “Millət vəkili Fazil Mustafaya Allahdan şəfa diləyirəm. Əminəm, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları bu qəsdi dərhal araşdırıb, cinayətkarları ən tez zamanda müəyyən edəcək. Bu, dövlətə qarşı terror aktıdır. Ən ağır cəza tələb edirəm!”.
Qeyd edək ki, Fazil Mustafa ötən gün Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalıb. Millət vəkilinə avtomat silahdan atəş açılıb. O, iki güllə yarası alıb.