30 Mart 2023 13:45
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ürək-damar cərrahı Rəşad Mahmudov sosial şəbəkədə xalq artisti Ramiz Məlikin səhhətində problem yarandığını bildirib.

Bununla bağlı Ramiz Məlik ilə əlaqə saxladıq.

Xalq artisti Teleqraf.com-a açıqlamasında həkim nəzarətində olduğunu dedi: “Bona Dea Hospital"ında həkim nəzarətindəyəm. Bir balaca xəstələnmişəm. Mədə-bağırsağımda problem var. Bu haqda danışmaq istəmirəm".

Qeyd edək ki, Rəşad Mahmudov sosial şəbəkədə bu sözləri qeyd edib: "Bir az soyuqdəymə, bir az da mədə-bağırsaq problemi var. Onu çox sevdiyimiz və işinə ürəkdən inandığımız mütəxəssislərin yanına göndərəcəyimə söz verdim. Razılaşdıq”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər