30 Mart 2023 15:54
1 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Cavan Zeynallı həyat yoldaşı Röya Zeynalovanın ölümündən danışıb.

Teleqraf.com xəbər verir ki, Cavan Zeynallı “Günün sədası” verilişində mərhumun müalicəsi haqda söz açıb.

“Beş ay ərzində dörd xəstəxanaya aparmışdım. Mən də xəstəxanada onunla qalırdım. Həkimlər deyirdilər ki, bir aydan sonra oturacaq. İki ay keçdi, nə gəzirdi, nə otururdu. Beş ay xəstəxanada uzanıqlı vəziyyətdə qaldı. Siz bilirsiniz ki, bu, necə çətin vəziyyətdir. Üç aydan sonra başqa xəstəxanaya getdik, orada isə dedilər ki, arabadan düşüb həyətdə gəzəcək. Bu xəbərə elə sevindi ki...Onu gəzdirirdim və yenə də uzanırdı. Beş ay keçdi, amma hərəkət edə bilmirdi. Röya xəstəxanadan evə gəlmək istədi. Həkimlər evə gəlirdilər. Çox az yemək yeyirdi”, - o bildirib.

Aparıcı Nanə Ağamalıyeva isə Röya Zeynalovanın vəfat etməsini bədəninə qoyulan ilbizə bağlayıb: “Röya xanım sağlam bir insan idi. İlbiz bədənində düzgün yerə qoyulmadığına görə fəsad əmələ gəlib.
Düzgün müalicə olunub-olunmayıb bilmirəm”.







Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər