3 Aprel 2023 20:41
2 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Musa Musayev və Təranə Qumralın qızı Qumral ailəsinin müdafiəsinə qalxıb.

Teleqraf.com xəbər verir ki, Qumral "İnstaqram"da bu sözləri qeyd edib: "Daş atanlarımız çoxdur, amma biz daşlardan hər dəfə özümüzə pilləkən qururuq. Sözü üzə deyə bilmirsinizsə, cəsarətiniz çatmırsa, varlığımızı həzm edə bilmirsinizsə,o zaman etdiyiniz əməllərdən qalmayın, davam edin. Biz nəyik, necəyik, ailəmiz, özümüz-özümüzə qəbuluq, xoşdur. Biz böyük ailəyik. Bəs, siz kimsiniz, yazanlar, danışanlar? Ailəsiz, yiyəsiz..kişilərin sayını-hesabını bilməyənlər və onu-bunu maşa edənlər, nələrsə yazdıranlar, söydürənlər. Bizim heç kəslə işimiz olmaz. Bizim yerdə ailəmiz, göydə Allahımız var. Şantaj, nahaq, böhtan, haqsızlıqlar, nə bacarırsınız edin, çünki bu murdar hərəkətinizin cavabını hamınız yaşayacaqsınız və yaşayırsız".

Qeyd edək ki, “Amor mio” ifası ilə gündəmə gələn Musa Musayev və ailəsi sosial şəbəkələrdə qınaqlara tuş gəlib. .


Müəllif: Rəqsanə Həsənova