4 Aprel 2023 01:12
1 697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum xalq artisti Ramiz Novruzun ailə üzvləri İnstaqramda canlı yayım açıblar.

Teleqraf.com xəbər verir ki, xalq artistinin qızı, stilist Şəfəq Novruzova mədə xərçəngindən dünyasını dəyişən atasının xəstəliyindən danışıb: "Atam elə bilmişdi ki, sağalıb. Bilirdim ki, sağalan xəstəlik deyil. Çünki atam xəstəliyin dördüncü mərhələsində idi. Sadəcə bu təsəlli idi".

Şəfəq Novruza xalq artisti Əli Nurun atasının teatrdan son mənzilə yola salınmaması haqqında səsləndirdiyi tənqidi fikirlərə də münasibət bildirib: "Söz-söhbət oldu. Əli Nur toy mərasimimdə də iştirak edib, tamada olub. Atamı çox sevirdi. Emosiyalara qapanıb, dedi ki, Mədəniyyət Nazirliyi niyə belə etdi? Niyə Ramiz Novruzun Akademik Milli Dram Teatrında dəfn mərasimi olmadı? Atamı adına layiq dəfn elədik".

Şəfəq Novruzova başına bağlamasının da səbəbini də açıqlayıb: "Psixoloji problemlər yaşadım. Ona görə başımı bağlayıram. Ona görə yox ki, hicaba keçmişəm. Belə bir fikrim də yoxdur. Çünki buna hazır deyiləm. Saçımı kəsdim. Özümə qapandım və bilmədim qisasımı nədən alım. İndi bəziləri deyəcək ki, qolu açıq geyinib, hicab bağlayır. Bu hicab deyil. Yara hələ də ürəyimdədir".

Aktyorun oğlu Cavidan Novruz isə atasının Akademik Milli Dram Teatrının səhnəsində vida mərasiminin keçirilməməsinin səbəbini açıqlayıb: "Öncə Azərbaycan xalqına, Ramiz Novruz sevənlərə və ailəmə səbr diləyirəm. Öz ailəmiz adından Mədəniyyət Nazirliyinə təşəkkürümü bildirirəm. Akademik Milli Dram Teatrının başda rəhbəri Azərpaşa Nemətova olmaqla bütün aktyor və aktrisalara təşəkkürümü bildirirəm. Biz heç kimdən narazı olmadıq. Atamın ruhu belə narazı qalmadı. Ona görə bir xalq artistinə nə qədər dəyər lazım idisə, verildi, həm mənəvi, həm də maddi. Ramiz Novruzu son mənzilə yola salanda hamı yanımızda oldu. Sözlərim Əli Nura aid deyil. Ümumiyyətlə, bəzi mənafelərini güdən insanlar var, Ramiz Novruzun ailəsi kənarda qala-qala onlar danışdılar. Bu bizim üçün yaxşı olar düşünüb, danışdıqları ilə bizim ziyanları dəydi. Biz hər şeydən çox razıyıq. Atamın Akademik Milli Dram Teatrından dəfn edilməməsinin səbəbini sizə açıqlayım. Özüm həmin teatrın aktyoruyam. Orada işlədiyim müddətdə bir çox aktyorlar dünyasını dəyişdi və onların da heç biri teatrdan dəfn edilmədi. Pandemiyadan sonra qadağa qoyuldu. Biz atamızın cənazəsini urvatsız yola salmadıq. O bizə bəs elədi. Biz dövlətimizdən, Mədəniyyət Nazirliyindən, Akademik Milli Dram Teatrından çox razıyıq".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər