Tanınmış aparıcı və aktrisa Zümrüd Qasımova boşandığı həyat yoldaşı Nazim Zeynalovla yenidən evlənir.
Zümrüd Qasımova Teleqraf.com-a açıqlamasında təəssüratlarını bölüşüb:
"Hələ hazırlaşırıq, yəqin ki, toy mərasimi iyulun əvvəli olacaq. 40-50 nəfər qonaq qəbul edəcəyik. Evliliyimizin 15 illiyidir. Mənim toy mərasimim olmamışdı, sadəcə nikah bağlamışdıq. Bu, həyat yoldaşımın ideyası idi. Məndən olsaydı, gedib imza atardıq. Həyat yoldaşım dedi ki, bu dəfə hər şey sənin istədiyin kimi olsun. Bu həyatda çətinliklərin çox olub, sənin də üzün gülsün, dostların ətrafında olsun".
Qeyd edək ki, Zümrüd Qasımova bir müddət əvvəl festivalda iştirak etmək üçün sənəd məsələsinə görə formal olaraq həyat yoldaşından boşanmışdı.