17 Aprel 2023 13:34
1 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan Arb televiziyasında yayımlanan "Sözbaz" verilişində açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com-un xəbərinə görə, "Müğənni Hiss deyib ki, şou-biznesdə Aygün Kazımovadan və Röya Ayxandan sonra üçüncü mənəm..." sözlərinə Röya Ayxan belə cavab verib: "Məncə, düz deyir, hissiyat barəsində... Heç kimin xətrinə dəyməsin. Hamı məni və Aygün Kazımovanı "ikon" seçir, əslində, düz seçmir. Çünki yeni gələn nəsil bir-birini tapdalamağa çalışır. Əsla tapdalamamalıdır.

İllər keçəndən sonra da bir-birinin üzünə baxmaq lazımdır. Mən düşünmürəm ki, kiminsə yolunu bağlamışam və kiminsə üzünə baxa bilməyəcəm. Hamını sevirəm. Amma bir gənc onu deyibsə, ona uğur gətirsin. Bəlkə də biz onun üçün stimuluq".












Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər