Stilist Anar Ağakişiyev Aygün Kazımova haqqında daha bir açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Anar Ağakişiyev İnstaqramda hekayə bölümündə video paylaşaraq Aygün Kazımovanı təhqir etmədiyini deyib.
"Aygün Kazımovanı təhqir yox, tənqid etmişəm. Zamanında o xanım məni efirdən təhqir etmişdi. O zaman hamı susdu və indi də hamı sussun. ATV-də bir verilişi vardı, səhərlər aparırdı. Bir dəfə həmin xanım xarici görünüşümü təhqir etdi.
Mənim valideynim, anam səhərə qədər ağlayırdı. Hansı anaya xoş olar ki, onun övladı haqda bir fikir bildirsinlər. Ona görə də saxla samanı, gələr zamanı . Mən Aygün Kazımovanı təhqir etməmişəm, fikir bildirmişəm. Bəli, elə görsənir. Şərhlərdə yazırsınız ki, sən kimisə bəzəyirsən. Mən bəzədiyim şəxslər elə görsənmir. Orada makiyajdan söhbət getmir, orada geyindiyi libas, hərəkətlər...".
Qeyd edək ki, Anar Ağakişiyev İnstaqramda Aygün Kazımovanın videosuna bu şərhi yazıb: "53 yaşında azərbaycanlı xanım belə görünməməlidir! Hər şeyin ədabı-üsulu var. Həyatda ən çəkindiyim şey - yaşlananda Allah ağlımı almasın”.