İstanbul Ağır Cəza Məhkəməsi türkiyəli müğənni Gülşən haqda qərar verib.
Teleqraf.com xəbər verir ki, məhkəmənin qərarına əsasən ifaçıya 10 ay həbs cəzası verilib. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər qəsdən cinayət törətməkdə təqsirli bilinmədiyini, ödəniləcək və ya iş materialında əks etdirilə biləcək zərərin olmadığını əsas gətirərək, onun cinayət törətməyəcəyi qənaətinə gəlib, hökmün elan edilməsinin təxirə salınmasına qərar verib.
Məhkəmə həmçinin təqsirləndirilən şəxsə 5 il sınaq müddəti təyin edilməsinə qərar verib. Digər tərəfdən, sənətçinin “güvence bedeli” adlanan prosedur üçün pul ödədiyi 250 min lirəsinin ona qaytarılmasına qərar verilib.
Qeyd edək ki, Gülşən konsertlərindən birində dediyi "İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir" sözlərinə görə həbs olunmuş, daha sonra ev dustaqlığına buraxılmışdı.