3 Yanvar 2015 23:38
1 608
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın "Atletiko Madrid" komandasında çıxış edən Arda Turanın Hülya Avşarın verilişində keçmiş nişanlısı Sinem Kobal haqqında danışmasına cavab özünü çox gözlətməyib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçunun "Sinem başqa bir kişilə görüşdüyü an mənim üçün hər şey bitmişdir. Bundan sonra tək arzum, Sinəmin xoşbəxt olmasıdır. " deməsindən sonra gözlər Kobalın üzərinə çevrildi.

Sinem Kobal isə Arda Turana "Instagram" hesabı üzərindən cavab verib.

"Mənim şəxsi həyatım ilə əlaqədar susma seçimim başqa şəxslərə danışmaq haqqı vermir. Amma təəssüf ki, hələ danışırlar. Bu münasibət mənim üçün 1,5 il əvvəl bitmişdir. Bitən əlaqənindən sonra suskunlugumun qoruyaraq, yaşananlara nə olursa olsun hörmət duysmuşam. Bu tərz xəbərlərlə yuxudan oyanmaq, həyatımın nəzarət altında olması məni olduqca narahat edir. Zəhmət olmasa hörmət edin".

Rüstəm


Müəllif: