Əməkdar artist Elxan Qasımovun xəstəxanaya yerləşdirilib.
Elxan Qasımovun qızı Kəmalə Qasımova Teleqraf.com-a açıqlamasında atasının səhhətinin ağır olduğunu deyib:
“Atamın səhhəti ağır-stabil olaraq qalır. Xəstəxanaya mayın 7-dən yerləşdirilib. Evdə qəflətən səhhəti pisləşdi, təcili yardım çağırdıq. Atamda aorta anevrizması qarın boşluğuna partlayıb. Çox qan itirib, vəziyyəti yaxşı deyil. Xəstəxanaya aparanda dedilər ki, yaşamaq şansı çox azdır, gecikib. Təcili əməliyyat edildi.
Böyrəkləri və beynin fəaliyyəti üçün aparata qoşuldu. Hazırda böyrəklərində bir az irəliləyiş var. Beyində hər hansı dəyişiklik yoxdur. Təzyiqini stabil saxlamaq üçün dərmanlar verilir. İndi çoxlu miqdarda qan tələb olunur”.
Qeyd edək ki, Elxan Qasımovun 78 yaşı var. O, "Əhməd haradadır" filmindən "Sürücü Əhməd" kimi məşhurlaşıb.