15 May 2023 18:59
4 808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Rövşanə Ağasəfqızı Space televiziyasında aparıcısı olduğu "Space səhər" verilişinin əməkdar artist İlkin Əhmədov ilə mübahisəsindən sonra bağlanması haqqımda şayiələrə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, aparıcı bu sözləri deyib: "Bir həftədir ki, verilişimizin kimlərsə tərəfindən bağlanması haqqında yoxlanmamış informasiyalar yayırlar. Hörmət etdiyimiz xanəndə açıqlama da verib ki, "İş tapar, inşallah çörəksiz qalmaz". Təşəkkür edirəm, Allah hamının ruzisini yetirsin. Əksinə, verilişim bağlanmayıb, formatı genişlənib. Sosial problemlər, aktual, gündəlik məsələlər diqqətimdə olacaq. Elə "Space" kanalının efirində həftəiçi beş gün səsimi eşidəcəksiniz. Verilişimi heç kim bağlatdırmayıb və bağlatdıra da bilməz. Hər kəs öz işi ilə məşğul olsun, ifasını etsin, mahnısını oxusun. Biz də sevə-sevə onları toy məclislərimizə dəvət edək. Gəlsinlər sənətlərini nümayiş etdirsinlər".

Qeyd edək ki, bir müddət öncə xanəndə İlkin Əhmədov ilə aparıcı Rövşanə Ağasəfqızı arasında qalmaqal yaşanmışdı. Aparıcı əməkdar artistin qonaq olduğu canlı yayıma 2 saat gecikdiyini bildirərək onu efirə buraxmamışdı.


Müəllif: Rəqsanə Həsənova