5 Yanvar 2015 11:43
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Ebru Gündəşin həyat yoldaşı Rza Zərrab sahibi olduğu ARE Aviasiya Şirkətinə təxminən 58 milyon dollar dəyərində "Gulfstream G550" model təyyarə alıb.

Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, təyyarənin şəkilləri Zərrabın sahibi olduğu "Royal Holdinq"in "facebook" səhifəsində paylaşılıb. "Challenger 300" tipli təyyarəsi də sahib olan şirkətin 2015-ci ildə təyyarələrin sayını 3-ə çatdırmağı hədəflədiyini bildirilib.

Xatırladaq ki, 17 dekabr əməliyyatının sonra Rza Zərrabın sərvətinə həbs qərarı verilmişdi. Bu səbəbdən o "Challenger 300" təyyarəsinin kreditlərini ödəyə bilməyib. Təyyarənin bank tərəfindən müsadirəsi gündəmə gəlsə də, azadlığa çıxan Zərrab yığılmış krediti ödəyib.

Rüstəm


Müəllif: