Müğənni Şəbnəm Tovuzlu "13 sual" verilişinə qonaq olub.
Teleqraf.com xəbər verir ki, Şəbnəm Tovuzlu şəxsi həyatından danışıb: "Ailədə heç vaxt sözümü yeridən insan olmamışam. Çox mülayim xarakterim var. Həyat yoldaşımla mübahisəmiz geyimlə bağlı olur. Amma o çox mülayim, anlayışlı, mərd insandır. Çox da abartmayım. Bəzən bu insanların da xoşuna gəlmir. Biz sözlə həyat yoldaşım mənim ideallımdır".
Müğənni həyat yoldaşının ona xəyanət etmədiyini deyib: "Çox qadınlar deyir ki, kişilərə inam yoxdur. Mən xəyanət görməmişəm və heç vaxt ağlıma da gətirmirəm".
İfaçı bir müddət əvvəl "Baldır balam" mahnısının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən siyahıya daxil edilməsinə də münasibət bildirib: "Baldır balam" mahnısını yazmışdılar. Amma "Baldır balam" ilə "Badə"ni səhv salmışdılar. Bayağı janr yoxdur, bayağı müğənni var".
Şəbnəm Tovuzlu onu da deyib ki, səsində heç vaxt effektdən istifadə etməyib: "Səsimdə effekt yoxdur. Bunu Nura Suri də demişdi. Mən canlı çox gözəl ifa edirəm. Xanənədəlik sinfini bitirmişəm. Niyə o səsdən istifadə edim ki. Heç vaxt mahnılarımada effekt olmayıb".