"Miss Azerbaijan-2017" müsabiqəsinin qalibi, aparıcı Razi Əliyevaya şiddət göstərdiyi deyilən iş adamı Ziya Hüseynzadə sosial şəbəkədə açıqlama yayıb.
Teleqraf.com xəbər verir ki, Ziya Hüseynzadə İnstaqramda bu sözləri qeyd edib:
"Haqqımda yayılanların hamısı adıma, ailəmə ləkə salmaq və zorla pul tələb etmək üçün şər, böhtan, qarayaxma kampaniyasıdır. Sübutlarım var və istintaqa təqdim olunacaq. Yayılmış şəkillərin mənə aidiyyəti oxdur. Məlumata görə, Razi Əliyeva hazırda İstanbuldadır, sağdır və dincəlir.
Əlavə olaraq qeyd edim ki, mənə qarşı uzaqdan iddia edən Razi Əliyevanın insan alverində etirafı ilə videolar bundan öncə internetdə öz əksini tapıb. Bu səbəbdən də Razi Əliyeva diqqəti özündən yayındırır ki, onun qanunsuz hərəkətləri araşdırmadan kənarda qalsın. Lakin mən Azərbaycan polisinin ədalətinə əminəm".