Türkiyədə "Kanal D" kanalında yayımlanan "Camdaki Kız" serialı final etməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu haqda Gülseren Budaıcıoğlu sosial şəbəkədə məlumat verib. O, serialın iki bölümdən sonra finala çıxacağını açıqlayıb.
Qeyd edək ki, Gülseren Budayıcıoğlunun real həyat hekayəsindən ilhamlanaraq yazdığı kitabın ekran versiyasında rolları Burcu Biricik, Selma Ergeç, Enis Arıkan və başqaları canlandırıb.