Aparıcı Xoşqədəm Hidayətqızı əməkdar artist Vasif Məhərrəmlinin bacısı Leyla ilə yaşadığı qalmaqaldan danışıb.
Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızı aparıcısı olduğu "Günaydın Azərbaycan" verilişində Vasif Məhərrəmlinin anası ilə telefon vasitəsiylə əlaqə saxlayıb.
"Bir müddət əvvəl Vasif və bacısı haqda məlumat yayılanda qızınızın nömrəsini axtarmaq istədim. Sonra düşündüm ki, Vasifin xətrinə dəyər. Ona zəng edib iki cümlə deyəcəkdim ki, mehriban olun. Mənim də bacılarımla aramda söz-söhbət olur", - deyə o bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Vasif Məhərrəmlinin bacısı Leyla ifaçının onu evdən qovduğunu iddia etmişdi.