Xalq artisti Röya Ayxan ARB televiziyasında yayımlanan “Günaydın Azərbaycan” verilişində etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Röya Ayxan anasının ondan pul istəməsindən danışıb: “Anam mənə mesaj yazır, nə böyüklükdə… Yalnız 7000 dollar sözünü gördüm. Kənan Bayramova dedim ki, anama 7 min dollar göndər. Yəqin ki, nəsə almaq və yaxud bacılarına nə isə etmək istəyir. Pulu göndərdim. Hər səhər mənə mesaj yazan anamdan üç gündür xəbər yoxdur. Mənə hər gün duası olmalıdır.
Anama zəng etdim, telefonu xalam qızı götürdü. Dedi, anan əməliyyatdadır, ürəyinin klapanlarını dəyişirlər. Həmin an dedim ki, Allah mənim kimi qızı öldürsün.
Anam dedi ki, bəs, səndən pulu nə üçün istəmişdim. Utandım. Sadəcə mesajda 7000 dolları görmüşdüm. Ondan sonra anama dedim ki, mesaj yazma, səsli qeyd göndər. Atamın da, anamın da səslərini saxlayıram. Doğrudan da başa düşürəm ki, onlar üçün çox gözəl övladam. Ona görə səsləri saxlayıram ki, nə vaxtsa mənim telefonuma onların adı yazılmayacaq, o səslərə sevərək qulaq asaram”.
Röya Ayxan Elnarə Xəlilova və Natavan Həbibi ilə küsülü olmadığını deyib: “Dedi-qodudan, pis nəfsdən qorxan insanam. Çox küsülü qalmaqdan da qorxuram. Arada özüm də deyirəm ki, görəsən, bu adamdan niyə küsmüşdüm. Qızlarımızın heç biri ilə küsülü deyiləm, nə davamız olub, nə də heç bir şey. Elnarə Xəlilova ilə də danışıram, onun həyat yoldaşını dünya qədər sevirəm. Amma kimsə nədənsə narahatdırsa… Ola bilər ki, arada yadımdan çıxırsınız. Bu da normaldır.
Bütün nəsil-kökdə bir dənəyəm. Mən heç kimə çatdıra bilmirəm. Mən kiminlə dostluq edirəm, məni makiyaj edənlə və s. Hansılar ki, hər gün evə gəlib gedirlər. Hüseyni bir neçə il əvvəl tədbirlərin birində Natavan Həbibi ilə tanış elədim və dedim ki, bu, sənin xalandır. Danışmasaq da. Burada səbəb də yoxdur. Düşünürəm ki, burada küsülülük yox, ummaqdır. Bu da yavaş-yavaş keçib gedəcək. Doğrudanda da kimisə görüm “salam” verməyim və sair bu mənim xarakterimdə yoxdur. Bilirəm ki, bu adam mənə nifrət edir, ona da “salam” verib gedirəm”.