Bloger Aysel Şükür keçmiş həyat yoldaşı Elşən Əsgərlinin aliment vermədiyini iddia edib.
Teleqraf.com xəbər verir ki, bloger bu haqda İnstaqramda hekayə bölümündə məlumat yayıb.
Aysel Şükür Nərimanov icra şöbəsinin məsələyə ciddi yanaşmadığını da vurğulayıb:
“Emil Zeynalov adlı şəxs mənim uşağımın 2 min manatını vermir. Heç telefonumu da götürmür. İllərdir ki, bu, davam edir. Hər dəfə əsəb, stress keçirirəm, artıq yorulmuşam. Neçə ayların borcudur. Mən şikayətimi kimə edim? Artıq icraçıları gəzməkdən bezmişəm".
Aysel Şükür onu da bildirib ki, Elşən Əsgərlinin uşağına verdiyi alimentə ehtiyacı yoxdur:
"Uşaqlarıma on ildir valideynlərimlə özüm baxıram. Onsuz da oğluma onun ayda 200 manatı lazım deyil. Amma böyük-böyük danışması əsəblərimə toxunur. Mən də deyirəm ki, uşağın pulunu ver. Onsuz da uşağım onun ayda-ildəbir dəfə verdiyi pula qalmayıb. 200 manat alimenti verə bilmirsə, atalıqdan uzaqlaşsın. Onsuz da tək anayam! Bizə kağız üzərində yalançı ata lazım deyil. O vaxt adıma min söz çıxartdınız, sözümü dedim, ölənə kimi də deyəcəm".
Qeyd edək ki, Aysel Şükür iki dəfə ailə qurub. Onun ilk nikahı Elşən Əsgərli ilə olub.