Futbolçu Jerar Pikenin xəyanətilə üzləşən müğənni Şakira son müsahibəsində diqqətçəkən açıqlamalar verib.
Teleqraf.com xəbər verir ki, Şakira ilk dəfə Pikenin xəyanətindən necə xəbər tutmasından danışıb:
"Atam yıxılaraq ağır yaralandı və xəstəxanaya aparıldı. Hər şey bir anda oldu. Ailəm dağılırdı, atam reanimasiyada olarkən xəyanətə məruz qaldığımı mətbuat vasitəsilə öyrəndim.
Həyatımda ən çox sevdiyim və ən yaxın dostum, insan olan atam məni tərk edirdi. Onunla nə danışa, nə də baş verənlərlə bağlı məsləhət ala bilirdim”.