Türkiyənin məşhur aktrisası Özge Özpiriçcinin istirahət zamanı başına xoşagəlməz hadisə gəlib.
Teleqraf.com xəbər verir ki, bir xanım aktrisa ilə foto çəkdirdikdən sonra ondan qeyri-etik ifadə işlətməsini istəyib:
"Bir xanım mənə yaxınlaşaraq şəkil çəkdirmək istədi. Mən də "təbii ki" dedim. Xanım "İlk və Son" serialını dəfələrcə izlədiyini və çox sevdiyini dedi. Ona təşəkkür etdim. Sonra isə xoşagəlməz ifadə işlətməyimi xahiş etdi".