Dünya ulduzu Madonna xəstəxanadan evə buraxılıb.
Teleqraf.com xəbər verir ki, Madonna keçən həftə ağır bakterial infeksiya səbəbiylə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
ABŞ mediası Madonnanın xəstəxanadan buraxılmasına baxmayaraq, səhhətinin ağır olaraq qaldığını bildirib.
Pop ulduzun yataqdan qalxa bilmədiyi və qusma hallarının baş verdiyi vurğulanıb.
Madonnanın dünya turnesi üçün çox çalışdığı və gündə 12 saat məşq etdiyi öyrənilib.
Diqqətini qastrol səfərinə cəmlədiyi üçün simptomları görməməzliyə bildirilən Madonnanın bu səbəbdən həkimə getmədiyi də bildirilib.