3 İyul 2023 17:31
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Aytən Səfərova Xəzər televiziyasında "Fəlidən doğru xəbər" verilişində açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Aytən Səfərova ad çəkmədən məmurlardan biri haqda danşıb.

“İki min necənci il idi, dəqiq xatırlamıram. Məmurlardan birinə yaxınlaşıb dedim ki, sizdən müsahibə almaq istəyirəm. Mən heç zaman mikrofonu uzadıb demirəm ki, filankəs müəllim. Məmur “Mən sənə müsahibə vermirəm. Get buradan!” - deyə cavab verdi. Mən isə birbaşa üzünə dedim ki, “Müsahibə vermirsən, cəhənnəmə ver”.

Ondan sonra eşitdim ki, həmin məmur deyib ki, “Mən o, qızın fanatıyam". Hörmət məsələsi var. O zaman əhvalsız idim, xanımın üstünə hirsimi tökdüm və o, cavabı ilə məni şok kimi ayıltdı”, - o söyləyib


Müəllif: Rəqsanə Həsənova