Əməkdar artist Cavanşir Məmmədov Xəzər televiziyasında yayımlanan “Təsir dairəsi” verilişində keçmiş kürəkəni Kemal Mustafa İbilinin iddialarına cavab verib.
Teleqraf.com xəbər verir ki, Cavanşir Məmmədov sənədləri ilə canlı yayıma gələrək haqqındakı iddiaları yalanlayıb:
“Bakı Ağır Cinayətlər Məhkəməsində səkkiz ay cinayət işi açılıb və davam edir. O öz imzası ilə istintaqa hər şeyi etiraf edib. İstintaq materiallarının hamısını gətirmişəm. Bu adam yalnız mənə yox, dörd-beş nəfərə də pul atıb. Onun mənə 100 min dollar borcu var. 10 min dollar qaytarıb. Pandemiya dövründə mənə dedi ki, səhmlərə pul yatırır, mənə isə qazancından ayda 700 manat pul verəcək. İki ay mənə 700 manat verdi. Toy mərasimi yox idi. 100 min dolları hissə-hissə vermişəm. Avtomobili satıb pulu evə qoymuşdum. Onu ölümdən qurtarmışdım və ona görə inanırdım.
Məhkəmənin qərarından sonra ətraflı danışacam. Bu gündən məsələ məhkəminin qərarına qədər bağlanır”.
Kemal Mustafa İbili isə Cavanşir Məmmədovun ona 240 min manata yaxın pul borclu olduğunu deyib.
Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. İddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.