7 İyul 2023 18:32
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Zamiq Hüseynov "Əfsanə "adlı yeni mahnıya çəkdirdiyi klipini təqdim edib.

Teleqraf.com xəbər verir ki, bəstənin sözləri Orxan Qarabasma, musiqisi isə elə ifaçının özünə məxsusdur. Ekran işinin rejissorluğu Emin Muradova həvalə olunub.

Klipdə Zamiqin tərəf müqabili rolunda Nərminə Əliyeva çəkilib. Hüseynovun bir neçə obrazda yer aldığı layihəsi, retro ab-hava bəxş edir.


Müəllif: Teleqraf.com