11 İyul 2023 12:17
1 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Səmra Rəhimli sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Səmra Rəhimli sosial media hesabında bu sözləri qeyd edib:

"Səmra adında milyon peşə sahibi ola bilər. Onlarla bağlı xəbərlər yazılır və oxucu diqqətsiz davranır, başlıqla Səmra adını görərək şərh yazır. Çoxu düşünür ki, xəbərdə söhbət məndən gedir. Hətta bilərəkdən media həmin məlumatda "Müğənni Səmra" yazaraq oxucunu səhv yönləndirmiş olur. Sizin adınızda da bir çox insan var, "siz" kimi qələmə verib, haqqında nə gəldi xəbər yaysalar, hər halda sizə xoş olmaz. Mən və mənim ailəm hər gün haqqımda ondan-bundan fərqli xəbərlər eşidirlər. "O, bizim Səmra deyil",-deməkdən yorulublar. Xahiş edirik diqqətli olun və anlayışlı davranın".

Qeyd edək ki, model, “Miss Azerbaijan 2019”un qalibi, Səmra Hüseynovanı nəzərdə tutub.


Müəllif: Rəqsanə Həsənova