Əməkdar artist Elza Seyidcahanın bacısı Lalə Seyidcahan ATV-də yayımlanan "Bizimləsən" verilişində şəxsi həyatından danışıb.
Teleqraf.com xəbər verir ki, Lalə Seyidcahan həyat yoldaşı, boksçu Nuşirəvan Abdullayevdən boşandığını deyib.
"9 ildir ki, rəsmi şəkildə həyat yoldaşımdan boşanmışan. Bizim zamanımızda sevmək yox idi. Evlənməyimiz ailəmiz tərəfindən olub. Anam məni və bacım Elzanı məcbur ərə verib. Elə yaxşı ki, məcbur verib. Biz 6-7 il birlikdə olduq, amma sanki 60 gün bir yerdə yaşamamışıq. Bizə imkan vermirdilər. Ailə quranda 25 yaşım var idi. Tez-tez küsüb anamın evinə gəlirdim. Həyat yoldaşım sözünü də ancaq boksla deyirdi, mənə şiddət göstərirdi. İstəmərəm ki, onun qolu zəifləsin, qoy güclü qalsın. Çünki yaddaşımda o elə qalıb. Onun yenidən ailə qurub-qurmadığından xəbərim yoxdur. Elə bir insan ailə qurmamalıdır. O, cəmiyyət üçün lazımlı insan və gözəl dostdur. Sözündə düzgündür, etibarlı insandır. Nuşirəvanla ayrılmağıma səbəb mənə diqqət göstərməməsi və hörmət etməməsi oldu", - deyə bildirib.
Lalə Seyidcahan qeyd edib ki, keçmiş həyat yoldaşının idman sahəsində çox böyük naliyyətləri var: "Onu hələ də sevirəm, amma yenidən barışmaram. Uşaqlarımın atasıdır. Həyat yoldaşımdan ayrılmaq üçün hər dəfə məhkəməyə mən müraciət edirdim. Anamdan, bacılarımdan utanırdım, küsüb-barışırdıq. Sonunda yaxşı ki, ayrıldıq".