"Bütün arzularıma çatıram. Elə bir arzum da yoxdur. Balaca bir şey istəyirəm, çox böyük alınır".
Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Röya Ayxan "MTV Xəbər"ə açıqlamasında deyib.
O, istirahət üçün xarici ölkəyə getməyəcəyini də bildirib: "Yay tətili ilə bağlı planım yoxdur. İki ay dayanmadan günəşin altında məşqlərimiz olacaq. Düzdür, günorta saatlarında öz evimdə, hovuzun kənarında olacam. Yəni ki, özüm üçün elə şərait yaratmışam ki, heç yerə də uçmaq lazım deyil. Oğlumla istirahət fikirləşmişdik, amma onu bir çox ölkələrə göndərdim. Sonra dedim ki, Hüseyn, iki ay buradan çıxa bilməyəcəm, bir yerdə ana-bala istirahət edərik".