17 İyul 2023 17:08
2 660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Doğuş “Axşam ulduzu” verilişində açıqlamaları ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Doğuş karyerasına ara verməsinin səbəbini açıqlayıb: “Bir az Azərbaycanda uşaqlarımla, ailəmlə vaxt keçirmək istəyirəm. Ailə müqəddəsdir. Yenə gözəl layihələr edəcəyik”.

Müğənni həyatı haqda film çəkiləcəyini də bildirib: “Özümü şanslı insan hesab edirəm, çünki mümkün olmayan işləri bacardım. Həyatda yaşadığım çətinliklər, ayrılıqlar məni yeni mahnılar yazmağa vadar etdi. Həyatımdan film çəkiləcək və ekran əsərinin adı “Doğuş” ola bilər. Film üçün iki yerdən təklif aldım, amma dedim ki, bir az gözləsinlər. Mən də çox səbrsiz insanam, amma düşünürəm ki, bir az gözləyə bilərəm. Filmdə uşaqlıq illərimi oğlum Arda, gəncliyimi isə Reynmən oynaya bilər. Filmin geniş səs-küy gətirəcəyini tamaşaçılara həvalə edəcəyik. 14 yaşımda həbsdə ürəyimdən bıçaqlandım. Bu hadisələri tamaşaçılar görmək istəyər. Həbsdə heç kim ziyarətimə gəlmirdi. Hər zaman yalnız qalırdım. Oğullarım dünyaya gələnə qədər özümü yalnız hiss edirdim. Onların bir dəfə gözümə baxmasıyla sanki cənnəti görürəm. Bütün bədbəxtliyi unuduram. Bəlkə də övladlarım olmasaydı hazırda dəmir barmaqlıqlar arasında idim. Çünki bir zamanlar haqqım çox yeyildi. Evlənməyim, övladlarım, həyatımda yeni bir istiqamət açdı. Allah mənə ailəmi və övladlarımı bəxş etdi, şükür olsun".

Qeyd edək ki, Doğuş və Xoşqədəm Hidayətqızının Arda və Arın adlı əkiz övladları var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər