18 İyul 2023 11:54
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “CNN Türk” televiziyasının əməkdaşı, aparıcı Fulya Öztürk Məkkə ziyarətinə gedib.

Teleqraf.com xəbər verir ki, Fulya Öztürk bu haqda sosial media hesabında məlumat verib.

"Allah mənə də nəsib etdi. Sübh namazı da qılaraq ümrə ziyarətimi tamamladım. Səhər azanı ilə başqa bir atmosfer yarandı. Allah istəyən hər kəs nəsib etsin", - o qeyd edib.


Müəllif: Rəqsanə Həsənova