19 İyul 2023 12:58
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiyalı müğənni Şakira Mayami hava limanında oğulları ilə görüntülənib.

Teleqraf.com xəbər verir ki, həmin görüntüləri "Daily Mail" yayıb.

ABŞ-a çatan kimi Şakira oğulları ilə birlikdə hava limanında cangüdənlərin əhatəsində yoxlamadan keçib. Bu anda jurnalistlər ailəni birlikdə lentə almağa müvəffəq olublar. Müğənni boz idman kostyumu, qara top və ağ platformalı idman ayaqqabısında olub. O, görünüşünü böyük ölçülü günəş eynəyi və çiyin çantası ilə tamamlayıb.

2022-ci ilin iyununda Şakira və Jerar Pike 11 illik münasibətlərinə son qoyublar. İki oğlu olan cütlüyün ayrılığının rəsmi səbəbi Pikenin 24 yaşlı tələbəsi Klara Çia Marti ilə xəyanəti olub. Sonradan məlum olub ki, Şakira və onun keçmiş sevgilisi ayrılana qədər üç il açıq münasibətdə yaşayıblar.


Müəllif: Pərvin Cəfərova