Xalq artisti Azərin Türkiyənin Zəfər Bayramı münasibətilə Pendik rayonunda konsert proqramı ilə çıxış edib.
Teleqraf.com xəbər verir ki, müğənni Türkiyə və Azərbaycanın birliyini vurğulayıb: “Qarabağla bağlı duam qəbul oldu. Həmişə dua etmişəm ki, Azərbaycan və Türkiyə bayrağı Qarabağda dalğalansın. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Allah türk xalqından razı olsun, bizə həm mənəvi, həm də siyasi dəstək oldular”.