11 Sentyabr 2023 16:14
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prodüser Tarix (Tolik) Əliyev MTV Azərbaycan televiziyasında aparıcılıq etdiyi “Tarixin bir günü” verilişində əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana Həmidovaya efir qadağası qoyduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Tarix Əliyev bu sözləri deyib: “Canana xanım bizim verilişimizə qonaq gəlmək istəyirdi. Mətanət İsgəndərli rəhbərimizə zəng vurdu, xahiş etdi ki, “nə mən, nə də Canana bu haqda efirlərdə danışmayacağıq”. Mətanət İsgəndərli sənətkardır. O, bu gün reytinqindən istifadə edərək Canananın öz fikrini televiziyada bildirməsinə qadağa qoyur. Aparıcılara zəng vurur, tapşırtdırır, efirə çıxarmayın və sair deyir. Canana söz haqqından istifadə edə bilmir”.

Canana Həmidova isə Mətanət İsgəndərli ilə mehriban olmağa çalışdığını deyib: “Barışıq elan elədim, hər şeydən imtina etdim ki, Ali Məhkəmədə balalarım mənə verilsin. Qanun çərçivəsində balalarım mənə də verildi. Həmişə Mətanət xanıma doğru gedirəm ki, uşaqlarıma xoş olsun. Mən addımı atıram. Uşaqlarım bunu görəndə sevinirlər ki, “ana, nə yaxşı bir yerdəsiniz, mehribansınız”. Lakin təzə gəlin nədirsə... Allah xoşbəxt eləsin. Amma o, çox müdaxilə edir. Aliment də ala bilmirəm”.

Canana Həmidova Tarix Əliyevin “Mətanət İsgəndərli verilişlərin birində sizi ittiham etdi. O, bildirdi ki, xəyanət bağışlana bilərmi? Hansı xəyanətdən söhbət gedir” sualına “Mən bilmirəm ki, bu sözü hansı mənada deyib. Mənim haqqımda, yoxsa kiminsə haqqındamı bildirib. Məni verilişlərin birində heyvanla müqayisə edir və bildirir ki, ana deyiləm. Oğlu haqqında danışır ki, elə böyüdüb, bir qadını sevir. Qətiyyən elə deyil. Mən o ailədə olanda görmüşəm”,-deyə cavab verib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər