18 Sentyabr 2023 16:01
3 835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Nisə Qasımova Telqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Nisə xanım, yeni televiziya mövsümündə sizi efirlərdə görəcəyikmi?

- İnşallah, oktyabrda efirlərə çıxacam. Bir neçə günə studiyaya gedib yeni mahnılar yazdıracam. Televiziyaya yeni mahnılarla çıxmaq fikrindəyəm.

- Yenidən veriliş aparmaq kimi planınız yoxdu ki?

- Hələ ki elə bir planım yoxdur. Gələcəkdə ola bilər.

- Ceyran Haşımova “Xoş gəldim” verilişində sizin haqqınızda bəzi fikirlər səsləndirib. Bu haqda məlumatınız varmı?

- Xeyr, mən uzun müddətidi xəstə idim. Mənə heç bir məlumatı vermirlər. Ailə üzvlərim mənə yalnız yaxşı xəbərləri deyirlər, pis xəbərləri gizlədirlər.

- Ceyran Haşımova sizi vəfasız olmaqda günahlandırıb.

- Ceyran xanımın xətrini çox istəyirəm. Onun nəinki mənim, neçə-neçə müğənnilərin üzərində haqqı var.

Ümumiyyətlə, anam dünyasını dəyişəndən sonra çox böyük stress yaşadım. Bunu çox adam bilmədi, amma efirlərə çıxırdım. Hər kəs mənə təsəlli verməyə çalışırdı. Hamı özünü elə aparırdı ki, zərrə qədər də inciməyim. Ona görə də hər kəsdən, bütün televiziya rəhbərlərindən və aparıcılardan yerlə göy qədər razıyam.

Ötən ilin oktyabrında insult keçirdim. Müalicə olurdum. Bu haqda ilk dəfə danışıram. Bununla da bitdi. Artıq sağalmışam.

Ceyran xanımı çox sevirəm. 1972-ci ildən sənətə başlamışam. 1994-cü ildən isə tədbirlərə, toy mərasimlərinə gedirəm. 1993-cü ildə ilk şou proqramı yaradan da mən olmuşam. Bu fikirləri israrla deyirəm. Bu günə qədər o cür proqramın, quruluşun həsrətini çəkənlər var.

Heç vaxt heç yerə, hətta qohumlarımın evinə belə qonaq getmirəm. Səhhətimlə bağlı yas mərasimlərinə də gedə bilmirəm. Çünki çox həssas insanam. Həkimim mənə yas mərasimlərinə getməyə qadağa qoyub. Sonuncu dəfə bir neçə il əvvəl yas mərasiminə gedəndə sinirlərim pozulmuşdu. Ona görə uzaq qaçıram. O demək deyil ki, Ceyran Haşımovanı sevmirəm. Onu çox sevirəm...


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər