Aparıcı Xoşqədəm Hidayətqızı baş prodüseri olduğu "Gizli yara" serialından danışıb.
Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızı İnstaqramda bu sözləri yazıb:
"Böyük adamlar onlara atılan tənqid daşlarından heykəllər tikən insanlardır. Möhtəşəmdir. Bu günə qədər gördüyüm bütün işlərdə o daşları çox gördüm. Atanlar həyatlarında heç bir başarılı, adlarından bəhs etdirən işdə imzası olmayanlardır. Mən o atılan daşlara heç vaxt fikir vermədim, tam əks-enerji, güc aldım. Çox şükür, uğursuz heç bir işim olmadı. Bu dəfə yeni bir işə başladın Kənan M.M ilə. İnanıram yeni serialımızı sevəcəksiniz. Bu sahə ilə bağlı planlarım var. İlk işimdən, sizin sevginizdən şox şey asılıdır".