4 Oktyabr 2023 10:36
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Muğam Mərkəzində xalq ozanı Aşıq Veysəlin vəfatının 50-ci ildönümü ilə əlaqədar Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin təşkilatçılığı ilə “Cümhuriyyətin üzü” adlı konsert baş tutub.

Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən Yunus Əmrə İnstitutunun Bakı nümayəndələyinin rəhbəri Səlçuk Karakılıç Aşıq Veysəlin yaradılığından bəhs edib:

"Aşıq Veysel daha çox panoramik baxa bilən, Türkiyənin xaotik məsələlərinə dərindən gələn iç səsinin əks-sədası ilə səslənə bilən, böyük problemləri böhrana çevirmədən Türkiyənin siyasi və mədəni xadimlərinə təkliflər verə bilən böyük bir sənətkardır. Onun Türkiyənin sosial problemlərinə səssiz qalmadan cəmiyyəti xəbərdar etməsinin nə dərəcədə böyük sənətkar olduğunu göstərir. Yalnız öz faciəsini yazsaydı, ona romantik şair deyə bilərdik, amma Veysəl Türkiyə və türk milləti mövzularını cəsarətlə qələmə aldığı üçün milli romantik şairdir”.

Qeyd edək ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, Kuzey Kıbrıs Türk Cumhuriyyətinin Azərbaycandakı Təmsilçiliyinin rəhbəri Ufuk Arca, sənət adamları və bir çox qonaqlar iştirak ediblər.

Tədbir Türkiyə Cümhuriyyətinin 100 illiyi, “UNESCO-nun Aşıq Veysəl ili” və vəfatının 50-ci ildönümü çərçivəsində baş tutub. Gecədə əməkdar artist Nuriyyə Hüseynova, Həlimət Sultan, Ülviyyə Sədaqət və Çilənay Hüseynkva doqquz nəfərlik orkestr ilə Aşıq Veysəlin sevilən mahnılarını səsləndirib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər